İELTS nədir?
İELTS (İnternational English Language Testing System) Beynəlxalq İngilis Dili İmtahanıdır.Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir.
İmtahan 2 hissədən ibarətdir:
1.Academic test: Bu İELTS imtahan testini xarici universitetlər qəbul prosesində tələb edirlər. Qəbul olmaq istədiyiniz universitetdən asılı olaraq tələb olunan imtahan nəticəsi dəyişir. Əsasən tələbələrin imtahan nəticəsi 6.5 bal olmalıdır.
2.General test: Bəzi ölkələrə əsasən Kanada, Avstraliya, Böyük Britaniyaya miqrant kimi getmək və yaşamaq istəyən namizədlərin sosial və iş mühitində işlətdiyi ingilis dili səviyyəsini ölçən testdır. Academic testlə imtahan strukturu eyni olsada, qiymətləndirmə fərqli və imtahan sualları nisbətən asanddır.
İmtahan Strukturu:
4 bölmədən ibarətdir:
Reading(Oxuma)
Bu bölmədə namizədə 3 mətn verilir və mətnlər 40 sualdan ibarətdir. İmtahan müddəti 60 dəqiqə davam edir. Sual tipləri əsasən kitablardan, elmi məqalə, jurnal və qəzetlərdən götürülür.
Listening(Dinləmə)
Bu bölmə 40 sualdan ibarətdir. 4 ayrı mətni dinlədikdən sonra testləri işləyə bilirsiniz və namizədlərə 30 dəqiqə vaxt verilir. Hər bir sual bir balla qiymətləndirilir və yanlış cavab doğru cavablara təsir etmir. Hər ayrı mətndə sual tipləri fərqli olur əsasən gündəlik dialoqlar, monoloqlar, təhsil, dərs barəsində dialoqlar, hər hansı bir infastruktur haqqında monoloqlardan ibarət dinləmə mətnləri olur. İmtahan bitdikdən sonra namizəde cavabları köçürmək üçün 10 dəqiqə vaxt verilir.
Speaking(Danışma)
Danışıq bölməsi 3 hissədən ibarətdir:
1-ci hissədə namizəde özü haqqında suallar verilir. Ad, soyad ,ailəsi, harada doğulduğu və s. bu tipli suallar soruşulur və 4-5 dəqiqə davam edir.
2-ci hissədə namizədə sual kartı verilir və seçdiyi mövzular barəsində danışması tələb olunur.
3-cü hissədə isə seçdiyi mövzu barəsində daha detallı danışması tələb olunur və suallar verilir. Sonuncu hissə isə 4-5 dəqiqə davam edir.
Writing(Yazma)
Bu bölmədə isə namizədə 2 tapşırıq verilir: Task 1 və Task 2. Task 1də namizəddən qrafik əsasında 150 sözlük mətn yazması tələb olunur və 20 dəqiqə vaxt verilir. Task 2də isə namizəddən qisa başlıq əsasında 250 sözlük inşa Essay yazılması tələb olunur və 40 dəqiqə vaxt verilir.