Müəllimlər

Teacher
Sevinc Nəzərova
Təhsil eksperti

2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. Müasir təhsil sistemində yeniliklərı uyğun metodik vasitələri öyrənilməsində daima axtarışda olan Sevinc müəllim, müxtəlif vaxtlarda Təhsil Nazirliyi, Abşeron rayon İcra Hakimiyyəti və təhsil şöbəsi tərəfindən müxtəlif fəxri fərmanlarla təltif olunub. Müəllimlərin və şagirdlərin rəğbətini qazanan Sevinc xanım, qabaqcıl fəaliyyətinə görə "təlimçi müəllim" kimi paytaxtda, xarici ölkələrdə və regionlarda müxtəlif layihələr üzrə təlimlər keçir. "STEAM" layihəsində baş mütəxəssis, eyni zamanda "Escape Room Təhsildə" layihəsinin yaradıcısıdır. 2019-cu Odlar Yurdu milli mükafata layiq görülmüşdür. O, həm də 2018-ci ildə çap edilən, "Görünməyən Tərəflər" kitabının müəllifi, "Hər kəsə sevinc bəxş edək" layihəsinin yaradıcısıdır.

 

İnnovasiyalar üzrə təlim 

Tədris prosesində interaktiv proqramlardan və internet xidmətlərindən istifadə əsaslanan təlim

 36 akademik saatdan və 6 kreditdən ibarətdir.

Proqramın məqsədi

Müəllimlərə İKT vasitələrindən məqsədyönlü istifadə bacarıqları aşılamaq, onları multimedia və interaktiv resurslar hazırlayan faydalı proqramlarla tanış etmək və müxtəlif alətlərdən istifadə edərək interaktiv dərslərin keçirilməsi üçün elektron resurslar hazırlanması üzrə bacarıqlar formalaşdırmaq.

Təlimdən gözlənən nəticələr 

İştirakçılar 

. İKT -dən istifadə bacarığına yiyələnirlər 

. Təhsildə internet xidmətlərinin əhəmiyyətini və rolunu bilirlər 

. Sadə multimedia və interaktiv resurslar hazırlayan proqramların imkanlarını öz fənni ilə əlaqələndirir və nümunələri şərh edirlər.

. Müxtəlif alətlərdən istifadə edərək fənni üzrə interaktiv resurslar -müxtəlif animasiya təqdimatlar, video çarxlar, onlayn testlər, tapşırıqlar və s hazırlayırlar.